Xətibzadə "G-7" ölkələrinin XİN başçılarının bəyanatına cavab verdi
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "G-7" ölkələrinin xarici işlər nazirlərinin və Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin İrana qarşı əsassız ittihamlar irəli sürən bəyanatını qəti şəkildə qınayırıq".
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün "G-7" ölkələrinin xarici işlər nazirlərinin bəyanatına reaksiyada deyib: "Bu hadisənin İranda hakimiyyətin demokratik şəkildə ötürülməsinin təzahürü olan İranın yeni prezidentinin andiçmə mərasimindən təkcə bir neçə gün əvvəl baş verməsi bunun bir ssenari olduğunu göstərir."
Xətibzadə əlavə edib: "Əksər hallarda arxasında sionist rejimin dayandığı bu cür əsassız ssenarilər durumu pis göstərmək üçün hazırlanır və həqiqət olmayan və ağılsız nəticələrə dərhal hazır olan müştəriləri də cəlb edir".
İranın Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin Fars körfəzi və Hörmüz boğazının strateji sularının təhlükəsizliyini təmin etməyə tam sadiq olduğunu və bunu öz təhlükəsizliyinin bir hissəsi hesab etdiyini vurğulayıb.
"İran regionda kollektiv təhlükəsizliyin sabitliyini təmin etmək üçün bölgə ölkələri ilə əməkdaşlığa hazırdır. Eyni zamanda bu sahədə öz suveren hüquqlarını müdafiə etməkdə zərrə qədər tərəddüd etməyəcək" , deyə Xətibzadə qeyd edib.
Xatırladaq ki, "G-7" ölkələrinin xarici işlər nazirləri, İsrail şirkətinə məxsus "Mercer Street" adlı gəmiyə edilən hücumla əlaqədar birgə bəyanat yayarq, bir daha lazımi sənədləri təqdim etmədən, bu hücumda İranı günahlandırıblar.