Xətibzadə: "Fars Körfəzinin təhlükəsizliyi bizim qırmızı xəttimizdir"
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Fars Körfəzinin təhlükəsizliyinin İranın qırmızı xətti olduğunu bəyan edərək, deyib: "İngiltərə xarici işlər nazirinin İran xalqı ilə bağlı dedikləri yeni deyil, bu əslində son illərdə İngiltərə rəsmilərinin İrana qarşı məsuliyyətsiz bəyanatlarının bir hissəsidir".
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün səhər saatlarında jurnalistlərlə keçirdiyi mətbuat konfransında gündəmdəki məsələlərə toxunaraq, deyib: "Keçən həftə gəmi ilə bağlı bəzi iddialar fonunda İngiltərənin Tehransdakı müvəqqəti işlər vəkilini və Rumıniyanın səfirini Xaric İşlər Nazirliyinə çağırdıq. Həmçinin İran prezidentinin andiçmə mərasimi ilə əlaqədar, diplomatik münasibətlər baxımından gərgin bir həftəni arxada qoyduq, belə ki, dövlət başçıları, parlament sədrləri və xarici işlər nazirləri səviyyəsində nümayəndə heyətləri İrana səfər etdilər".
Xətibzadə Avropa rəsmilərinin hədəfə alınmış gəmi ilə bağlı iddiaları haqda sualın cavabında qeyd edib ki, İngiltərə xarici işlər nazirinin İran xalqı ilə bağlı dedikləri yeni deyil, bu əslində son illərdə İngiltərə rəsmilərinin İrana qarşı məsuliyyətsiz bəyanatlarının bir hissəsidir. İran da beynəlxalq sularda gəmilərin təhlükəsizliyindən narahatdır. Bu İngiltərənin bir neçə il əvvəl etdiyi eyni pozuntudur, hansı ki, o quldurluq uğursuz oldu və tankerin sərbəst buraxılması ilə nəticələndi".
Fars Körfəzinin təhlükəsizliyinin İranın qırmızı xətti olduğunu bəyan edən Xətipzadə əlavə edib: "Bu su yolunu İngiltərə kimi ölkələrin yaratdığı etibarsızlıqlardan qorumağa çalışırıq, İngiltərənin bədnam İsrail hökumətini müşayiət etməsi onların mövqeyini göstərir. Bu hadisənin iki qurbanının ailəsinə başsağlığı verməyi lazım bilirəm, amma bu ssenarilər onların köhnə xislətlərindən qaynaqlanır".
Səid Xətibzadə mətbuat konfransının davamında Bəhreyn hökuməti ilə sionist rejim arasında İrana qarşı əməkdaşlıq haqqında razılaşmanın əldə edilməsi ilə bağlı xəbərlərin yayılması barədə sualın cavabında deyib: "Qüdsü işğal edən rejim, bölgədə və dünyada onilliklərdir davam edən əmin-amansızlığın, terrorun və zorakılığın kökündə dayanır. Bu rejim, beynəlxalq quruluşda qeyri-legitim və rüsvayçı bir rejimin simvolu olmuşdur və bu rüsvayçılıq və əmin-amansızlıq nəinki, yanlış hesablamalarla sionist rejimə yaxınlaşmaq istəyən bütün ölkələrın yaxasını tutacaq, həm də özlərini dünya və regionda bir terror və etibarsızlıq mənbəyi kimi tanıtdıracaqlar".