İran Yunanıstan xalqı və dövlətinə başsağlığı verib
https://azeri.sahartv.ir/news/İran-i379886-İran_yunanıstan_xalqı_və_dövlətinə_başsağlığı_verib
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi insan tələfatı ilə nəticələnən Yunanıstanın bəzi bölgələrində baş vermış geniş miqyaslı yanğınlarla bağlı bu ölkənin xalqı və dövlətinə başsağlığı verib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 09, 2021 07:40 Asia/Baku
  • İran Yunanıstan xalqı və dövlətinə başsağlığı verib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi insan tələfatı ilə nəticələnən Yunanıstanın bəzi bölgələrində baş vermış geniş miqyaslı yanğınlarla bağlı bu ölkənin xalqı və dövlətinə başsağlığı verib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə Yunanıstanın bəzi bölgələrində çox saylı insanın ölümünə və xəsarət almasına, həmçinin ağır maddi ziyana səbəb olan geniş miqyaslı yanğınların baş verməsindən kədərləndiyini ifadə edərək, bu ölkə xalqı və hökumətinə, habelə hadisə qurbanlarının ailələrinə başsağlığı verib və yanğınların tez bir zamanda nəzarətə alınacağına ümidvar olduğunu bildirib. 

Qeyd edək ki, Yunanıstanın meşələrində və otlaqlarında geniş miqyaslı yanğınlar çərşənbə axşamı günü bu ölkənin paytaxtı Afinanın şərq hissəsində başlayıb və isti yay küləklərinin əsməsi fonunda bir neçə istiqamətdə sürətlə yayılıb. Yanğın, Yunanıstanın şimalında minlərlə hektar meşəni yandırıb, onlarla kənd və yaşayış bölgələrinin boşaldılmasına səbəb olub.