Avq 10, 2021 13:40 Asia/Baku
  • İmam Rza(ə)-ın hərəminin günbəzinə qara bayraq vurulub

Məhərrəm ayının başlanması ilə bir zamanda İmam Rza(ə) və Əbduləzimi-Həsəni(ə)-ın pak hərəmlərinin günbəzlərinin yaşıl bayraqları qara bayraqlarla əvəz edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhərrəm ayının başlanması münasibətilə İmam Rza(ə)-ın pak hərəminin qızılı günbəzinin yaşıl bayrağı dünən axşamçağı «Astane Qodse Rəzəvi» təşkilatı başçısının iştirakı ilə keçirilən bir mərasimdə qara bayraq ilə əvəz olunub və İmam Rza(ə) hərəminin xüddamları və dini heyətlərin nümayəndələri də öz geyimlərini matəm libasları ilə əvəz ediblər.

Rəzəvi günbəzinin bayrağının dəyişdirilməsilə İmam Rza(ə)-ın pak hərəminin zirehi və güldəstələrinin örtükləri də dəyişdirilib və Saminulhucəc Əli ibni Musa Əl-Rza(ə)-ın şərif məzarı başdan-başa qaraya bürünüb.

Qara bayraq rəbiuləvvəl ayının üçünədək qızılı günbəzin üzərində qalacaq.

Paklıq Əhli-Beyti(ə) zakirlərinin növhəxanlıq, mərsiyəxanlıq və rozəxanlıqları, pak hərəmdə keçiriləcək digər «izni əza» tədbirlərindən olacaq.

Həmçinin məhərrəmulhəram ayının gəlib çatması münasibətilə şiələrin üçüncü imamının pak hərəminin günbəzinin bayrağı Həzrət Əbduləzimi-Həsəni(ə)-ın pak hərəmlərinin günbəzlərində dalğalanıbdır.

Teqlər