Avq 10, 2021 13:47 Asia/Baku
  • İranlı məktəbli beynəlxalq riyaziyyat olimpiadasında ikinci olub

İranın Kerman vilayətinin təhsil və təlim idarəsinin baş direktoru, iranlı məktəbli Artemis Heydərzadə Araninin SIMOC-2021 beynəlxalq riyaziyyat olimpiadasında gümüş medal qazandığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əhməd İsgəndərinəsəb belə söyləyib: Kerman vilayətinin ikinci tədris dairəsi üzrə ibtidai məktəbin üçüncü sinif şagirdi Artemis Heydərzadə Arani SIMOC-2021 beynəlxalq riyaziyyat olimpiadasının gümüş medalını qazanıb.

O bildirib ki, Sasmo yarışlarının bütün qızıl, gümüş və bürünc medal sahibləri, SIMOC-2021 beynəlxalq riyaziyyat olimpiadasında iştirak icazəsinə malikdirlər. İkinci sinif şagirdlərindən tutmuş on birinci sinif şagirdlərinədək olan bütün məktəblilər bu yarışlarda iştirak edə bilərlər.

Bu sınaq üç mərhələdə keçirilir. Birinci mərhələ- fərdi, sonrakı iki mərhələ isə komanda formasında keçirilir.

Artemis Heydərzadə Arani bundan qabaq Sasmo yarışlarının qızıl medalçısı olmuşdu.

Teqlər