İran silahlı qüvvələrindən Ali Baş Komandanın fərmanına ləbbeyk
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi korona xəstəliyi problemi ilə mübarizə və bu problemin həlli məsələsində daha təsirli rollar və yeni müdafiə düzəni üçün silahlı qüvvələrin və səfərbər qüvvələrin imkanlarının səfərbər edilməsi və hazırlığın elan olunmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbərinin bu gün korona xəstəliyinin tüğyanı və vəziyyəti, həmçinin bu sahədə xalqa yardım üçün silahlı qüvvələrin var gücü ilə meydana girməsinin önəmi barədəki televiziya müraciətindən sonra general-mayor Məhəmməd Baqeri belə deyib: Silahı Qüvvələrin Ali Baş Komandanının bugünkü göstərişinə ləbbeykdə, Ordu, Sepah, nizam-intizam qüvvələri və silahlı qüvvələrin digər iri məcmuələrinin komandanlarına elan olundu ki, fürsəti itirmədən tələb olunan hazırlıqları yaradaraq, əməliyyat proqramlaşdırmalarını gündəmə gətirsinlər.