Türkiyə və İran prezidentləri telefonla danışdı
Rəisi Türkiyəni dost və qardaş ölkə adlandırdı
İran İslam Respublikasının yeni prezidenti İbrahim Rəisi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
SəhərAzəri-nin məlumatına əsasən, İran-Türkiyə münasibətlərini "səmimi, dostca və qardaşca" olaraq xarakterizə edən Rəisi deyib: "Dost və qardaş ölkə olan Türkiyə ilə ikitərəfli və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət veririk".
Prezident Rəisi iki ölkə arasında sıx əməkdaşlığın regionda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması üçün lazım olduğunu söyləyib.
Ərdoğan isə öz növbəsində Rəisini vəzifəyə başlaması münasibətilə təbrik edərək, prezident Rəisinin dövründə İran ilə Türkiyə arasında ikitərəfli və regional əməkdaşlığın hər sahədə daha da güclənəcəyinə inandıqlarını dilə gətirib.
İran İslam Respublikası prezidenti ilə yaxından görüşmək istədiklərini ifadə edən Ərdoğan ölkəsindəki meşə yanğınlarında Türkiyəyə göstərdiyi humanitar yardıma görə İrana təşəkkür edib.