Avq 14, 2021 14:29 Asia/Baku
  • Parlament yeni Nazirlər Kabinetinin təsdiqini müzakirə edir

İran parlamenti - İslam Şurası Məclisi yeni kabinetin üzvlərinin təsdiqlənməsi işinə başlayır.

 SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf parlamentin bugünkü açıq iclasındakı çıxışında bu barədə məlumat verib. 

Prezident İbrahim Rəisinin yeni Nazirlər Kabineti siyahısını rəsmi olaraq parlamentə təqdim etdiyini bildirən Qalibaf prezident İbrahim Rəisinin 19 üzvlü kabinetinin parlament tərəfindən qəbul edilməsi üçün 21 avqustda təsdiqi barədə səsvermə keçiriləcəyini açıqlayıb.  

Qalibaf ümid edib ki, yeni nazirlərin təsdiqlənməsi üçün aparılacaq görüşlər ən geci gələn həftə çərşənbə axşamı və ya çərşənbə günü Məclisin açıq iclasında yekunlaşacaqdır.

 

Teqlər