Gələn həftə 13-cü dövlətin nazirlərinə etimad səsi iclası keçiriləcək
Avq 15, 2021 14:07 Asia/Baku
İranın 13-cü dövlətinin nazirlərinə etimad səsi iclası gələn həftənin şənbə günü- avqustun 21-də keçiriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Şurası Məclisinin növbəti plenar iclası məhz avqustun 21-də Tehran vaxtı ilə saat 14-00-da keçiriləcək.
Bu iclasda məclisin iş gündəmi, İranın 13-cü dövlətinin proqramının ümumi prinsipləri və siyasi kursuna, həmçinin təklif olunan nazirlərin səlahiyyətinə baxmaq olacaq.