Bu gün Hüsey (ə) Tasuasıdır
İmam Hüseyn(ə) Tasuası gecəsində başdan-başa qaraya bürünmüş İslami İran kədərə, matəmə və əzaya qərq olmuşdu.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün, 1443-cü hicri qəməri ili məhərrəmulhəram ayının doqquzu, Hüseyn(ə) Tasuasına təsadüf edir.
Hüseyn əzadarları bütün İslami İranda Hüseyn(ə) Tasuası və Aşurası günlərində əzadarlıq mərasimləri keçirməklə dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin, o sıradan o şücaətli imamın qardaşı Həzrət Əbulfəzl(ə)-ın şəhadətinin ildönümü gününü əziz tuturlar.
Bu il bütün İslami İranda əzadarlıq təkyələri, məscidlər və heyətlər koronavirus pandemiyasına görə, öz mərasimlərini açıq mühitdə və səhiyyə protokollarına riayət etməklə keçirirlər.
Dünya şiələrinin dördüncü imamı, İmam Səccad(ə), Həzrət Əbulfəzl Abbas(ə)-ın dərəcəsinin vəsfində belə buyurub: Əmim Abbas, həqiqətən şücaət və fədakarlıq göstərərək, öz canını qardaşına fəda etdi və sonda mübarək qolları kəsildi.