Avq 18, 2021 13:42 Asia/Baku
  • İran AEBA-nın məlumatına reaksiya verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən gecə qeyd edib ki, İranın nüvə anlaşması ilə bağlı azaltma və təminetmə hərəkətləri bu anlaşma çərçivəsində həyata keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, «Vaşinqton ilə digər tərəflərin nüvə anlaşması altındakı öhdəliklərinə geri dönəcəkləri təqdirdə, İran da bu yolu geri dönəcək.»-deyə Səid Xətibzadə vurğulayıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən yayılan son məlumat barədə belə deyib: İran İslam Respublikasının bütün nüvə tədbir və proqramları NPT və İranın bu müahidə altında olan öhdəlikləri ilə tam uyğunluqda olaraq, agentliyin nəzarəti altında və öncədən elan olunmaqla həyata keçirilib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sonra söyləyib: İranın nüvə anlaşması ilə bağlı azaltma və təminetmə hərəkətləri də məhz bu anlaşma çərçivəsində/ və dəfələrlə elan olunduğu kimi, 2231 saylı qətnamənin və nüvə anlaşmasının Birləşmiş Ştatlar tərəfindən geniş şəkildə pozulmasına, həmçinin anlaşmanın digər tərəflərinin, xüsusən üç Avropa ölkəsinin nüvə anlaşması altındakı öhdəliklərinə tam sədaqətsizliklərinə bir cavab olaraq həyata keçirilib.

Xətibzadə sonra vurğulayıb: Təbiidir ki, nüvə anlaşmasının Amerika və anlaşmanın digər tərəfləri vasitəsilə tam şəkildə və qeyd-şərtsiz olaraq icrası bərpa edilməyincə, İran İslam Respublikası da özünün dinc məqsədli nüvə proqramını sırf olaraq, öz müahidə öhdəlikləri çərçivəsində və hakimiyyət qərarları və ehtiyaclarına əsasən izləyəcəkdir.

Teqlər