Avq 18, 2021 16:24 Asia/Baku
  • Parlamentin sünni əhli fraksiyası İnqilab Rəhbərinə təşəkkür edib

İslam Şurası Məclisinin on birinci dövrəsinin sünni əhli fraksiyası İslam İnqilabının Böyük Rəhbərinə məktubda Şəhram İraninin İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı təyin edilməsinə görə təşəkkür edib.

SəhərAzəri-nin məlumatına əsasən, məktubun bir hissəsində deyilir: Zati-Alilərin inqilabın ikinci addımındakı qərarı, ölkənin idarəetmə parametrlərindəki görünməz düyünü açdı və ölkənin bütün iri idarəçilik sahələrində sünni əhlindən olan layiqli şəxslərin varlığından istifadə etmək niyyətində olan bütün ürəykyananlar üçün mübahisəni tamamladı.

Bir daha Zati-Alilərinizə təşəkkür edib, sizə və İslami Quruluşa xidmət göstərən bütün şəxslərə başıuca ömür və uğurlar arzu edərək, ümid edirik ki, inqilabçı dövlət də İslam İnqilabının Böyük Rəhbərinin yolunu və zati-alilərinin dahiyanə strategiyasını davam etdirərək, İranın sünni əhlinin və bütün iranlı dinlər, məzhəblər və qövmlərin layiqli şəxslərinin bacarıqları və ixtisaslarından dövlətin yüksək səviyyələrində ölkənin bəhrələnməsi və layiqli seçim etməsini nəzərdə tutmuş olsun.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bir hökmdə kontr-admiral Şəhram İranini İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı təyin ediblər.

Teqlər