Avq 19, 2021 12:25 Asia/Baku
  • Hüseyn(ə) Aşurası günü münasibətilə başsağlığı veririk

Bu gün, cümə axşamı, 1443-cü hicri qəməri ili məhərrəm ayının 10-u, Hüseyn Aşurası günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, Məhərrəm ayının onu, şəhidlər ağası, şiələrin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın hicrətin 61-ci ilinin məhərrəm ayının onunda 57 yaşında Kərbəlada şəhid olmasının ildönümü günüdür.

Həzrət İmam Hüseyn(ə) Məkkədən Kərbəlaya yola düşdüyü andan Kərbəlada şəhid olduğu ana kimi Kərbəla hadisəsi barədə açıq şəkildə vurğulayardı: Mənim hərəkət etməkdə məqsədim, Yezidin anti-İslam hökumətini rüsvay etmək, «əmr be məruf və nəhy əz münkər»i həyata keçirmək, zülm və zorakılıq qarşısında dayanmaqdır və Quran-Kərimi himayə etmək və əsl Məhəmməd İslamını qorumaqdan başqa məqsədim yoxdur.

Bu, Allah Talanın İmam Hüseynə(ə)-a həvalə etdiyi bir tapşırıq idi və bu tapşırığı yerinə yetirmək üçün o həzrət Aşura gününün günortaçağı öz sədaqətli köməkçiləri ilə yanaşı günorta namazını qıldıqdan sonra yezidlər tərəfindən şəhid edildi.

Teqlər