Avq 26, 2021 11:15 Asia/Baku
  • Qonşu ölkələr İranın prioritetidir

İran İslam Respublikasının yeni XİN başçısı münasibətlərdə qonşu ölkələrin prioritet olduğunu bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Hüseyn Əmir-Abdullahiyan rəsmi Tvitter hesabında yazıb: "Şərəfli, rasional və sağlam düşüncə prinsiplərinə əsaslanan balanslı, aktiv və ağıllı bir diplomatiyaya riayət etmək əzmindəyik."

Yeni dövrdə İranın xarici siyasət üstünlüklərinə işarə edən Əmir-Abdullahiyan qeyd edib ki, qonşu ölkələr və Asiya İranın əsas prioritetidir.

Xatırladaq ki, qonşu ölkələrlə daha dərin münasibətlərin qurulacağını prezident Seyid İbrahim Rəisi İslam Şurası Məclisində keçirilən andiçmə mərasimi zamanı vəd etmişdi.

Hökumət başçısı bildirmişdi ki, İran regionun bütün ölkələrinə, xüsusilə qonşu ölkələrə dostluq və qardaşlıq əlini uzadır.

İ.Rəisinin sözlərinə görə, İranın xarici siyasətinin ən önəmli və əsas prioriteti qonşu ölkələrlə münasibətləri yüksəltməkdir. Çünki İran qonşu ölkələri və xalqları öz yaxınları hesab edir.

Teqlər