Salehi: "Kvant sahəsindəki irəliləyişlər çox parlaq bir gələcəyin müjdəçisidir"
İranın Atom Enerjisi Təşkilatının sədri kvant sahəsindəki irəliləyişlərin çox parlaq bir gələcəyin müjdəçisi olduğunu vurğulayıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, Əli Əkbər Salehi deyib: "Son beş ildə kvant sahəsində əldə edilən irəliləyişlər çox dəyərli və təqdirəlayiqdir və ölkədə bu sahədə çox parlaq və perspektivli bir gələcəyi vəd edir".
"İranlı tədqiqatçılar bu sahədə mövcud olan nəzəri biliklərə güvənərək bu bölməni inkişaf etdirməkdə yaxşı nailiyyətlər əldə edə bildilər", deyə Salehi əlavə edib.
İranın Atom Enerjisi Təşkilatının sədri mövcud kvant mərkəzlərinin fəaliyyətini artırmaq üçün daxili əsasnamənin hazırlanması və tərtib edilməsini istəyib. O, deyib: "Mövcud imkanlar və infrastrukturlar müəyyən edilməli və İranın hər tərəfindəki tələbələrin bu imkanlardan düzgün istifadə etməsi və faydalanması üçün lazımi koordinasiyalar edilməlidir".