Sen 03, 2021 12:49 Asia/Baku
  • İranın sabiq Baş Qərargah rəisi vəfat etdi

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi koronavirusdan vəfat edib

SəhərAzəri-nin verdiyi məlumata görə, general Seyid Həsən Firuzabadi koronavirusdan vəfat edib.

Rəsmi məlumatda bildirilir ki, az öncə İran Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi, ordu başçısı, general Seyid Həsən Firuzabadi koronavirusdan vəfat edib.

Qeyd edək ki, 1951-ci ildə Məşhəd şəhərində dünyaya gələn Firuzabadi İranda hərbi sahədə fəaliyyətlə yanaşı bir sıra siyasi postları da idarə edib. O, ölkənin Məsləhət Şurasının həqiqi üzvü olub.

Teqlər