Bu gün, İmam Səccad(ə)-ın şəhadətinin ildönümü günüdür
Bu gün, məhərrəm ayının 25-i, Həzrəti Peyğəmbər(s.ə.s)-in övladlarından olan Səccad ləqəbli İmam Əli ibn Əl-Hüseyn Zeynəlabidin(ə)-ın şəhadətinin, rəvayətə görə, ildönümü günüdür.
SəhərAzəri-nin verdiyi məlumata görə, İmam Zeynəlabidin(ə) 38-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açıb.
Kərbəla hadisəsi zamanı xəstəlik yatağında olan İmam Səccad(ə) İmam Hüseyn(ə)-ın böyük hərəkatından sonra bu hərəkatın müraciətini yaymaq və möhtərəm atasının yolunu davam etdirmək kimi ağır məsuliyyəti üzərinə götürdü və bu qiyamın mahiyyəti və əhəmiyyətinin göstərilməsi istiqamətində böyük səy göstərdi. Belə ki, tarixin rəvayətinə görə, o həzrətin tanınmış şagirdlərinin sayı, 170 nəfərdən çox qeyd olunubdur.
İmam Səccad(ə)-dan müsəlmanlara qalan digər bir dəyərli irs, “Səhifeyi Səccadiyyə” adlı kitabdır. Bu kitab dua formasında olmuş olsa da, əxlaqi, irfani və islami maarif və elmlərin həqiqətlərindən bir çoxuna şamil olur.
«Səhər» beynəlxalq telekanalının azəri redaksiyası İmam Səccad(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanları və dünya azadlıqsevərlərinə başsağlığı verir.