Sen 04, 2021 14:12 Asia/Baku
  • Əfqan qrupları arasında əsl dialoq davamlı sülhün yeganə yoludur

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi, Əfqanıstanda davamlı sülh və sabitliyin xarici ölkələrin müdaxiləsi olmadan əfqan qrupları arasında əsl danışıqlar yolu ilə mümkün olduğunu söyləyib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Səid Xətibzadə Əfqanıstanın Pəncşir əyalətindəki döyüşlərə toxunaraq, deyib: "İran İslam Respublikası bütün tərəflərlə daima təmasdadır və Əfqanıstan xalqının əzab-əziyyətlərini minimuma endirmək üçün əlindən gələni əsirgəmiyəcək".

Əfqanıstanın illərlə davam edən işğaldan, müharibədən və şiddətdən yorulduğunu bəyan edən Xətibzadə, bütün əfqan qruplarının şiddətdən və qardaş qanı axıtmaqdan çəkinməli olduğunu vurğulayıb. 

O, sözlərinin davamında Əfqanıstanda istənilən xarici müdaxiləni qınayaraq, deyib: "Əfqanıstan xalqı bu ölkənin demoqrafik və etnik tərkibini əks etdirən demokratik və əhatəli bir hökumətə layiqdir".

Teqlər