İran Ayətullah Təbatəbai Həkimin vəfatı ilə əlaqədar basşağılığı verib
İran İslam Respublikasının xarici işlər naziri Ayətullahül-üzma Seyid Məhəmməd Səid Təbatəbai Həkimin vəfatı münasibəti ilə basşağılığı verib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan verdiyi başsağlığı müraciətində, deyilir: "O, yorulmaz alim və mücahid fəqihin bərəkətli və məhsuldar ömrü dinin əsaslarını müdafiə etmək, şiəlik prinsipləri haqqında saf düşüncəni yaymaq , haqq yolunda və Bəəs rejiminin zülm və diktatorluğu ilə mübarizə yolunda sərf olundu".
Əmir Abdullahiyanın müraciətində əlavə olunub: "Bu kədərli və ağır itki münasibətilə İslam və şiəlik dünyası, Ali Məqamlı rəhbər, təqlid mərcələri, İslam alimləri, dini elmlər hövzələri xüsusilə də Nəcəfi-Əşrəfin Mübarəkə Dini Elmlər Hövzəsi, o, ali məqamlı fəqihin ardıcılları, böyük Həkim ailəsi, həmçinin İraq dövləti və xalqına başsağlığı veririəm".
İslam dünyasının tanınmış təqlid mərcələrindən olan Ayətullahül-üzma Seyid Məhəmməd Səid Təbatəbai Həkim Nəcəf Əşrəf şəhərində ürək çatışmazlığı nəticəsində vəfat edib.