Kontr-admiral İranidən açıqlama
Sanksiya şəraitində bir çox uğurlar qazandıq
«Sanksiya şəraitində bir çox uğurlar qazandıq»- bunu, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı vurğulayıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, kontr-admiral Şəhram İrani bildirib ki, sanksiya şəraitində üç sahədə- suüstü, sualtı və havada strateji təchizatlara nail olmuşuq və ümid edirik ki, tezliklə tamamilə İran məhsulu olan dəniz motorunun təqdimatının şahidi olacağıq.
Ordunun dəniz qoşunlarının komandanı qeyd edib ki, sanksiya və təhdid heç vaxt iranlılar qarşısında çəkindirici deyil.
Kontr-admiral İraninin bildirdiyinə görə, 75-ci eskadranın tapşırığı göstərdi ki, ordunun dəniz qoşunları qüdrət və özünəinamın kulminasiya nöqtəsindədir və İran İslam Respublikasının dünya səviyyəsindəki qüdrətini dünyaya göstərirlər.
Ordunun dəniz qoşunlarının komandanı deyib ki, tamimilə İran məhsulu olan Səhənd destroyeri və Məkran gəmi-limanı okeanlar və dənizlərdə qırx beş min kilometrdən çox bir məsafəni qət edib və İranın ərazi sularına daxil olublar.