Sen 11, 2021 18:45 Asia/Baku
  • AEBA-nın baş direktoru Tehrana səfər edəcək

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun bu gün Tehrana səfər edəcəyini bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Kazım Qəribabadi bu gün müxbirlərə bildirib ki, Rafael Qrossi bu səfərdə İranın Atom Enerjisi Təşkilatının sədri ilə görüşəcək. İki tərəf həmçinin birgə bəyanat yayacaq.

İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik fevral-mart aylarında agentliyin faktaraşdırıcı fəaliyyətlərinin asanlaşdırılması və İran tərəfindən müəyyən edilmiş iki məkana könüllü əlçatmaların təqdim edilməsi barədə razılığa çatdılar.

Teqlər