Sen 13, 2021 16:56 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi, İraq Kürdüstanında terrorçu qrupların hədəfə alınmasının, onların İrana qarşı hərəkətlərinə cavab olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə keçirdiyi həftəlik brifinqdə deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH, İraqda və İran sərhədində bir neçə əsgərin şəhid olmasına cavab olaraq, İraq Kürdüstanında terrorçu qrupların bazalarını hədəfə alıb.

İranın diplomatiya aparatının sözçüsü bildirib ki, İran rəsmiləri ilə İraq hökuməti arasında rəsmi və qeyri-rəsmi danışıqlarda, həmişə bu məsələyə təkid olunub ki, İraq hökuməti terrorçu qrupların bu ölkə ərazisindən sui-istifadə etməsinə icazə verməməlidir. 

"İran İslam Respublikası peşman olan və başqaları tərəfindən istismar edilməsini istəməyən terrorçu qrupları alqışlayır", - deyə Xətibzadə əlavə edib.

O, İranın sülh və təhlükəsizliyin tərəfdarı olduğunu vurğulayıb.

Xətibzadə Türkiyə ilə Azərbaycanın Xəzər dənizində birgə hərbi təlimləri haqda deyib: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bu məsələyə tam aydınlıq gətirib. Beş sahilyanı ölkənin razılaşmalarına əsasən, bu beş ölkədən kənar ölkələrin hərbi varlığı qanunsuzdur. Bu məsələ Xarici İşlər Nazirliyində araşdırılır".

Teqlər