ŞƏT beynəlxalq multilateralizmin hərəkətverici qüvvəsinə çevrilə bilər
İran İslam Respublikasının prezidenti deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq multilateralizmin hərəkətverici qüvvəsinə çevrilə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün Şanxay Əməkdaşlıq Təşkilatının 21-ci sammitində iştirak edən rəsmilər və dövlət başçıları qarşısındakı çıxışında sonra belə söyləyib: Şanxay Əməkdaşlıq Təşkilatı yaxşı şəkildə göstəribdir ki, öz iqtisadi, siyasi, dəyər və əhali imkanlarına söykənməklə beynəlxalq multilateralizmin hərəkətverici qüvvəsinə çevrilə bilər. Bu məsələ inkişaf etməkdə olan ölkələrin müştərək dəyərləri əsasında bir cəmiyyətin formalaşması zəmininin hazır olduğunu göstərir.
İran İslam Respublikasının xarici siyasətinin daima ədalət, həmkarlıq, qarşılıqlı hörmət və regional və beynəlxalq problemlərlə üzləşmədə konstruktiv rol oynamaq zərurəti əsasında beynəlxalq təşkilatlarda fəal iştiraka, çoxtərəfliliyə və təktərəfliliklə müxalifətə söykəndiyini dilə gətirən Rəisi deyib ki, xüsusən iqtisadi sahədə ikitərəfli əməkdaşlıqların gücləndirilməsi Şanxay Əməkdaşlıq Təşkilatının dünya iqtisadiyyatındakı strateji rolunun yüksəlməsindəki mühüm amilidir.
«Bu gün dünya yeni bir dövrə daxil olub və hegemonçuluq və unilateralizm məhv olmağa doğru gedir.»-deyən Rəisi bildirib ki, beynəlxalq sistem çoxqütblü olmağa və müstəqil ölkələrin xeyrinə güc bölgüsünə doğru dəyişməkdədir.