İran XİN: Bakı iranlı sürücüləri dərhal azad etsin!
«Azərbaycan Respublikasından gözlənti budur ki, həbsdə olan iki iranlı sürücünü dərhal azad etsin.»
SəhərAzəri-nin məlumatına əsasən, Bu sözləri vurğulayan İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi müxbirlərlə həftəlik brifinqində Gorus-Qafan yolunun bağlanması barədəki sualın cavabında belə söyləyib: Qonşu ölkələrin ərazi bütövlüyü bizim üçün hər şeydən mühümdür. Eyni zamanda, regional əməkdaşlıqlar bizim nöqteyi-nəzərimizcə, bu regionda inkişaf, sülh və sabitliyin əsasıdır.
O sonra belə qeyd edib: İran İslam Respublikası Azərbaycan Respublikası və Ermənistanla son dərəcə yaxşı əlaqələrə görə, müharibədən sonra iki ölkə arasındakı öncəki razılaşmaları asanlaşdırmağa çalışıb və səy göstərir. Yeganə yol, ümumi razılıq və konsensus formada həyata keçən yoldur. İran İslam Respublikası qonşu ölkələrin inkişafını öz inkişafı bilir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikasında həbsdə olan iki sürücü ilə bağlı sualın cavabında bildirib ki, İranın Bakıdakı səfirliyi bu məsələni təqib edib və Azərbaycan Respublikasından gözlənti budur ki, həbsdə olan iki sürücünü dərhal azad etsin və onların öz yollarını davam etdirmələrinə icazə versin.
«Qonşu ölkələrin ərazi bütövlüyü bizim üçün mühümdür.»-deyə Səid Xətibzadə vurğulayıb.