Sen 20, 2021 17:04 Asia/Baku

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı müdafiə sənayesinin inkişafını İran da daxil bütün ölkələrin sənaye və texnologiyasının hərəkətverici qüvvəsi olaraq xarakterizə edib.

SəhərAzəri-nin məlumatına əsasən, general-polkovnik Səlami SEPAH-ın "Özünü təmin etmə və yoxlama və neytrallaşdırma cihazlarının inteqrasiyası" mövzusunda keçirilən strateji sərgisinin açılışında deyib: "Başıuca İslami İran müxtəlif dönəmlərdə, düşmənin problemləri və iradəsinin,  təhlükəli və məşum planlarının fövqündə hərəkət etdiyini, bütün maneələri arxada qoyduğunu, öz ehtiyaclarını təmin etdiyini və ehtiyacları üçün düşmənə sığınmadığını sübut edibdir".

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı sözlərinin davamında deyib: "Düşmən təzyiq göstərərək, ehtiyac və təzyiq xətlərini birləşdirməyə çalışırdı. Düşmən ehtiyac və təhlükə kontekstindən istifadə edərək, zehnimizdə təslim olmaq iradəsi formalaşdırmağa çalışır və hazırda müharibə başlatmaqla milli təhlükəsizliyimizi təmin etmək və düşmən təhlükəsindən qaçmaq üçün onun özünə sığınmağımızı istəyir". 

General-polkovnik Səlami sözlərinin davamında deyib: "Bütün problemlərin həllinin, cəmiyyətimizdə, zehnimizdə, inanclarımızda və öz güvənimizdə olduğunu öyrənmişik. Bu, inqilabımızda bir mədəniyyət, inanc, həqiqət və mütərəqqi bir cərəyandır və bu gün görürük ki, nailiyyətlər günbəgün yenilənir və heç bir dayanma yoxdur".

Teqlər