Sen 23, 2021 09:19 Asia/Baku
  • Ərdoğan Tehrana dəvət olundu

İran İslam Respublikasının prezidenti İbrahim Rəisi türkiyəli həmkarını Tehrana rəsmi səfərə dəvət edib.

SəhərAzəri İRNA-a istinadla xəbər verir ki, bu barədə İran və Türkiyə xarici işlər nazirlərinin görüşündə aparılan danışıqlarda məlumat verilib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan prezident İbrahim Rəisinin rəsmi dəvətini Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya təqdim edib.

Bildirilib ki, İbrahim Rəisi Rəcəb Təyyib Ərdoğanı İrana rəsmi səfərə dəvət edib.

Görüş əsnasında türkiyəli nazir ölkəsinin İrana qarşı sanksiyaların əleyhinə olduğunu vurğulayıb. 

Mövlud Çavuşoğlu deyib ki, İrana qarşı sanksiyalar birtərəfli və qeyri-qanunidir.

Tərəflər həmçinin bu görüşdə qarşılıqlı əlaqələri, Əfqanıstan və Suriya kimi region məsələlərini müzakirə ediblər.

 iki XİN rəhbəri sonda Azərbaycan, İran və Türkiyənin üçtərəfli görüşünün yaxın zamanlarda Tehranda keçirilməsilə bağlı razılaşıblar.

Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında görüşdə həmçinin Mövlud Çavuşoğlu və Hüseyn Əmir-Abdullahiyan ikitərəfli və üçtərəfli görüşləri və onların gündəmini müzakirə ediblər.

Məlumata görə tərəflər İran, Türkiyə və Azərbaycan Respublikasının üçtərəfli görüşünün yaxın zamanlarda Tehranda keçirilməsində razılığa gəliblər.

Teqlər