Əmir Abdullahiyan Quterreşlə görüşüb
BMT Baş Assambleyasının sessiyasının kənarında bu təşkilatın baş katibi ilə görüşən İranın xarici işlər naziri onunla, BMT ilə həmkarlıqar və regionun vəziyyəti barədə danışıb.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahiyan görüşdə bildirib ki, İranın BMT, xüsusən bu təşkilatın baş katibləri ilə münasibətləri həmişə sıx və səmimi olub. O, BMT baş katibinin konstruktiv səyləri və baxışına görə təşəkkür edib.
İranın xarici işlər naziri həmçinin vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının regionda ciddi və konstruktiv rol oynaması hər zamandakından daha vacibdir.
«Fələstindən Suriyayadək, Yəməndən Əfqanıstanadək- hər yerdə BMT-nin ədalətli və məsuliyyətli iştirakına ehtiyac var.»-deyə, İranın xarici işlər naziri bildirib.
Əmir Abdullahiyan sonra bildiirb ki, Amerika sanksiya və terrorizmdən xalqlara qarşı və öz siyasi məqsədləri üçün istifadə edir. Onun bariz nümunəsi, general Süleymaniyə qarşı qorxaqcasına terrorun törədilməsi olubdur.
İranın xarici işlər naziri sonda vurğulayıb ki, bu cür qoçuluq hərəkətləri qarşısında Birləşmiş Millətlər Təşkilatından yekdil səsin gəlməsi zəruridir.
«Əlbəttə, İran general Süleymanini və onunla yanaşı olanları terror edən amillər və ona göstəriş verənləri ədalətin əlinə tapşırmaq üçün milli və beynəlxalq səviyyələrdə öz təqib və fəaliyyətlərini davam etdirir»-deyə, Əmir Abdullahiyan qeyd edib.
BMT-nin baş katibi görüşün davamında bildirib ki, ötən onilliklərdən bəri İranla tanışlığı var və müxtəlif vəzifələrdə olarkən İrana səfər edib. O, İran İslam Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasındakı həmkarlıqları yaxşı adlandırıb.
Amerikanın nüvə anlaşmasından çıxmasının rədd olunmasına dair BMT-nin prinsipial mövqeyinə toxunan Antonio Quterreş deyib ki, daima nüvə anlaşmasının himayədarı olubdur.