Sen 24, 2021 14:07 Asia/Baku
  • İrandan yanacaq gəmisi
    İrandan yanacaq gəmisi

Livan Hizbullahı İran İslam Respublikasından Suriyanın Banias limanına ikinci yanacaq gəmisinin daxil olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullahının ictimai əlaqələr şöbəsi bir bəyanatda bildirib ki, İran İslam Respublikasından dizel yanacağı daşıyan ikinci gəmi dünən axşam saat onda Suriyanın Banias limanına daxil olub.

Bu məlumatda deyilir ki, İrandan yanacaq daşıyan ilk gəmi ötən həftə qeyd olunan limana daxil olub.

Amerikanın sanksiyaları Livanın iqtisadi vəziyyətinin ağırlaşmasına səbəb olub və kəskin yanacaq çatışmazlığı bu problemlərdən sayılır və sonda Livan Hizbullahı xalqa kömək və onlara göstərilən təzyiqi azaltmaq üçün İrandan yanacaq idxal edibdir.

 

Teqlər