Rəisi: "İranın inkişafı təhsil və tərbiyə sayəsində mümkündür"
İran İslam Respublikası prezidenti ölkənin inkişafının təhsil və bacarıqların öyrənilməsi sayəsində mümkün olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi yeni təhsil ilinin açılış mərasimində təhsilə ayrılan xərclərin ən böyük yatırım olduğunu və ölkənin inkişafının təhsil və bacarıqların öyrənilməsindən asılı olduğunu bəyan edərək, bütün orqanlar və təşkilatların təhsil sahəsinə kömək etməli və xidmət göstərməli olduqlarını vurğulayıb.
İran İslam prezidenti çıxışının əvvəlində müqəddə müdafiə həftəsi münasibəti ilə fədakarların xatirəsini əziz tutaraq, deyib: "Ailə və məktəb bir-birini tamamlayan iki qurumdur və insan həyatında xüsusi yerləri var. Məktəb ailəni tamamlayır və əlbəttə ki, müəllim məktəbin sütunudur".