Sen 30, 2021 12:20 Asia/Baku
  • Məhəmməd İslami
    Məhəmməd İslami

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müstəqil və beynəlxalq təşkilat kimi terror qruplarının oyuncağı olmamalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd İslami Sputnik xəbər agentliyi ilə müsahibədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramına qarşı son mövqeyi barədə deyib ki, nüvə terrorizmi həqiqətə uyğun olmayan peyk təsiviri, kağızı və fitnəkar hiylələr və heç bir dəlili olmayan faktlarla İranın nüvə proqramına qarşı ittihamlar irəli sürür və bu rəftarlar artıq çürüyü çıxmış davranışlardır.

İranın Atom Enerjisi Təşkilatının sədri qeyd edib ki, İran müahidə çərçivəsində qanunlara sadiqdir və NPT-yə sədaqət prinsipini əsas tutur.

«İran İslam Respublikasının nüvə proqramı dinc məqsədlidir və zənginləşdirmə həddi sülhsevər layihələrin icra oluna bilməsi səviyyəsindədir.»-deyə, Məhəmməd İslami bildirib.

İslaminin sözlərinə görə, agentliyin təftişləri ardıcıl şəkildə həyata keçirilir və agentliyin nəzarət vəzifələrinə əsasən, təftişlər kamera və ya müfəttişlərin iştirak formasında baş çəkmələri yolu ilə həyata keçirilir.

İran Atom Enerjisi Təşkilatının sədri həmçinin deyib ki, İranla edilən düşmənçiliklər və sabotajlara görə, İranın nüvə proqramı ilə rəftar tərzi siyasi, seçimli və ayrı-seçkilik formasındadır və bu davranış tamamilə qanunsuz olub, rədd edilir.

İslami qeyd edib ki, İran İslam Respublikası etimadyaratma istiqamətində indiyədək təmkinlilik göstərib və xoşməramlılıqla davranıbdır.

İranın Atom Enerjisi Təşkilatının sədri qeyd edib ki, Amerikanın və avropalıların tutduqları yanlış yol, dayandırılmalıdır və onlar bundan artıq İran xalqının maraqlarına zərbə vurmamalıdırlar.

 

Teqlər