Regionda hər hansı geopolitik dəyişiklik milli təhlükəsiliyi pozur və bizim qırmızı xəttimizdir
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Quru Qoşunlarının komandanı bildirib ki, regionda hər hansı geopolitik dəyişikliyi öz daxili təhlükəsizliyimizi pozan amil hesab edirik/ və biz daim onu qırmızı xətt elan etmişik.
SəhərAzəri-nin məlumatına əsasən, Briqada genealı pasdar Məhəmməd Pakpur Sənəndəcdə müsəlman kürd pişmərg döyüşçülərin toplantısının kənarında verdiyi müsahibədə sərhədlərin və sərhəd bölgələrinin təhlükəsizliyinin ardıcıl və daimi şəkildə qorunması vacibliyi və önəminə işarə edib. Bildirib ki, müxtəlif hərbi təlimlərin keçirilməsi milli təhlükəsizliyi möhkəmləndirən və gücləndirən amildir.
Sepah-ın Quru Qoşunlarının komandanı sonra bildirib ki, İran İslam Respublikasının və dost və qonşu ölkələrin sərhədlərinin təhlükəsizliyi bir-birinə bağlı olan bir məsələdir və bu məsələ bizim üçün çox yüksək əhəmiyyətə malikdir.
O, sonra belə deyib: Bundan öncə də elan etdiyimiz kimi, qonşu ölkələrin sərhədlərində dəyişikliyin qarşısını almaq, İran İslam Respublikasının ciddi strategiyalarındandır və regionda hər hansı geopolitik dəyişikliyi öz daxili təhlükəsizliyimizi pozan amil hesab edirik; biz daim onu qırmızı xətt elan etmişik və bu əsasda ona laqeyd olmamağımız təbii məsələdir.
«Qonşu ölkələr hərbi təlimlərin keçirilməsinin səbəblərini hər kəsdən daha yaxşı bilirlər»-deyən general Pakpur belə vurğulayıb: Biz bir qanuni hakimiyyət haqqı kimi öz müdafiə bünövrəsini gücləndirmək istiqamətində hərbi təlimlər keçirmək istəyən hər hansı ölkəyə hörmət edirik. Belə ki, müxtəlif ölkələr tərəfindən regionda cari ayda yeddidən çox, son bir necə ay ərzində isə otuz yeddiyə yaxın hərbi təlim keçirilib və biz İran İslam Respublikası kimi, bu hərbi təlimlərə bir reaksiya göstərmədik.»- deyə, general Pakpur qeyd edib.
O, sonra belə vurğulayıb: Biz İran İslam Respublikasının döyüş bölmələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı, bəzi ölkələrin, üçüncü ölkələrin təsiri altında qeyri-real və təhrikedici sözlər bəyan etmələri və bizim addımlarımıza xələl gətirmələrini qəbul edə bilmərik. Qonşu dövlətlər İranın hərbi təlimlərinin keçirilməsinin səbəblərini hər kəsdən daha yaxşı bilirlər.
«Qonşuların torpaqlarının sionist İsrail rejiminin alçaq hərəkətləri üçün bir zəmin olmayacağını gözləyirik»- vurğulayan general Pakpur belə qeyd edib: İran İslam Respublikası, bizim sərhədlərimizin və qonşu ölkələrin sərhədlərinin yaxınlığında yerləşən bölgələrin/ region və ölkələr üçün təhlükəsizlik yaradan, əmin-aman bir mühit olacağını gözləyirik. Bu səbəbdən, bu məsələyə ikiqat həssaslıq göstərib,/ müsəlman xalqlara qarşı xəbislikləri və fitnəkarlıqları hamıya bəlli olan sionist İsrail rejimi kimi yad ünsürlərə/ qonşularımızın ərazilərini öz cinayətkarcasına və alçaq məqsədlərinin reallaşması üçün bir zəmin qərar vermələrinə, icazə verməyəcəkləri gözlənilir.
Sionist İsrail rejiminin bəzi müsəlman ölkələrə yaxınlaşmaqdakı şeytani niyyətlərinə işarə edən general Pakpur belə söyləyib: Şübhə yoxdur ki, sionist İsrail rejiminin bəzi region ölkələrinə kömək edib, dəstək verməsi, müsəlman xalqlar arasında ixtilaf və təfriqə salmaq məqsədini güdür.
«Biz heç bir ölkənin ərazisinin bu saxta rejimin ünsürlərinin anti-təhlükəsizlik fəaliyyətləri və iştirakı üçün bir bazaya və əmin-aman bir məkana çevrilməsinə heç bir vəchlə dözməyəcəyik.»-deyə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Quru Qoşunlarının komandanı bildirib.
O, vurğulayıb ki, ölkələrin beynəlxalq sərhədlərində hər hansı problemin və qarışıqlığın yaranması mütləq şəkildə yeni münaqişələr və ixtilafların mənşəyi və kökü olacaq; xüsusən əgər bu problemlər alçaq sionist İsrail rejiminin hədəflərinin reallaşması məqsədilə olmuş olarsa.
General Pakpur vurğulayıb: Biz qonşuluğumuzdakı bir ölkənin ərazisinin bu problemlərin yaradılması və yayılmasının mənbəyi və bazası olmasına əsla icazə verməyəcəyik.