Okt 02, 2021 21:09 Asia/Baku
  • İranda 1 860 kiloqram narkotik maddə aşkar edilib

İranın Kirman vilayətinin nizam-intizam qüvvələrinin komandiri bir ton 860 kiloqramdan çox narkotik maddənin aşkar edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, briqada generalı Əbdülrza Naziri jurnalistərə verdiyi açıqlamada, Kirman vilayətinin nizam-intizam qüvvələrinin bir əməliyyat keçirərək, narkotik ticarəti ilə məşğul olan dəstəni məhv etdiklərini və bir narkotik alverçisini saxladıqlarını bildirib. 

O, qeyd edib ki, bu əməliyyatda iki silah və külli miqdarda sursat aşkar edilib. 

Kirman vilayətinin nizam-intizam qüvvələrinin komandirinin dediyinə görə,  bu maddələr İranın şərq sərhədlərindən daxil olaraq, mərkəzi və qərb bölgələrinə və hətta xarici ölkələrə tranzit edilmli idilər ki, polisin ayıqlığı nəticəsində Kirman vilayətində aşkar edilərək müsadirə edilib.

Teqlər