Okt 04, 2021 18:56 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici işlər Nazirliyinin mətbuat katibi Ermənistan xarici işlər nazirinin səfərinin əvvəlcədən planlaşdırıldığını bəyan edərək, deyib: "Azərbaycan Respublikası üçüncü tərəfin sərhədlərindən İrana qarşı sui-istifadə etməsinə icazə verməməlidir".

SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici işlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə jurnalistlərlə keçirdiyi həftəlik brifinqində əlavə edib: "Daha əvvəl planlaşdırılan Ermənistanın xarici işlər nazirinin Tehran səfəri, ikitərəfli məsələlər və siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi çərçivəsində həyata keçirilib". 

İranın Xarici işlər Nazirliyinin mətbuat katibi İran ilə Azərbaycan Respublikası arasındakı son mübahisələrə toxunaraq, qeyd edib ki, İran ilə Azərbaycan Respublikası arasında əlaqələr həmişə inkişaf etməkdə və genişlənməkdə olub və müharibə dövründə və ondan sonrakı son bir neçə ay ərzində İran öz prinsipial siyasətini izləyib və Azərbaycan Respublikasındakı qardaşlarına heç bir yardımdan əsirgəməyib". 

Xətbzadə əlavə edib: "Danışıqların eyni məcrada davam etməsinə icazə verməliyik. Kütləvi İnformasiya Vasitələrində təəssüf doğuran açıqlamalara və mübahisələri media sahəsinə çəkməyə ehtiyac olmaya bilr. Biz ilk gündən Bakıdakı dostlarımıza bildirdik ki, İran nəinki Azərbaycanın ərazi bütövlüyünə və milli suverenliyinə hörmətlə yanaşır, həm də onun qorunmasına kömək edibdir. Amma iranlı sürücülərlə rəftarı dostluq və mehriban qonşuluq kontekstində olmalıdır". 

İranlı yüksək səviyyəli diplomat Azərbaycan Respublikası ərazisində sionistlərin və İŞİD-çilərin mövcudluğu ilə bağlı deyib: "Müharibənin ilk günündən bununla balı çoclu sayda məlumat aldıq və bütün bu məlumatları Bakıdakı dostlarımıza çatdırdıq və onlar müxtəlif görüşlərdə ölkəmizə qarşı heç bir təhdidin olmadığını bildirdilər. Hələ də belə məlumatlar gəlməkdə davam edir, təbii ki, İran İslam Respublikası öz təhlükəsizliyini və sabitliyini necə qoruyacağını çox yaxşı bilir; Amma Bakının inzibati vəzifələrinin icrası ilə məşğul olması daha yaxşı olardı. İkitərəfli münasibətlər də yaxşı vəziyyətdədir".

Teqlər