Okt 07, 2021 14:47 Asia/Baku
  • İnqilab Rəhbəri
    İnqilab Rəhbəri

Dünya şiələrinin səkkizinci imamı, Həzrət İmam Əli ibn Musa-əl-Rza(ə)-ın şəhadətinin ildönümü günü üzrə əzadarlıq mərasimi bu gün İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam vəlmüslimin Rəfii bir çıxışda Həzrət İmam Rza(ə)-ın, o həzrətin öz davamçılaından olan gözləntiləri barədəki rəvayətləri və kəlamlarına istinadla belə deyib: Fərizələrin yerinə yetirilməsi, şəriət qaydalarına sədaqət, ictimaiyyətdə və həyatda ənənə, Quranı mehvər qərar vermək, ifratçılıqdan çəkinmək, Vilayət yolunda hərəkət və işlərdə aqillik, İmam Rza(ə)-ın Əhli-Beyt(ə) məktəbinin davamçılarından olan gözləntilərindəndir.

Bu mərasimdə Əhli-Beyt(ə) mədhiyyəçisi də növhə oxuyub, müsibəti zikr edibdir.

Bu gün, 1443-cü hicri qəməri ili səfər ayının otuzu, 2021-ci il oktyabrın yeddisi, dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın şəhadətinin ildönümü günüdür.

 

Teqlər