Okt 07, 2021 21:44 Asia/Baku
  • Məcid Təxte Rəvançi
    Məcid Təxte Rəvançi

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bildirib ki, İran digər şəriklərin öhdəliklərini yerinə yetirmələri, bütün ədalətsiz sanksiyaların faktaraşdırıcılıq imkanı və sürətlə götürülməsi şərtilə nüvə anlaşmasını yerinə yetirməyə sadiqdir.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxte Rəvançi yerli vaxtla çərşənbə günü BMT Baş Assambleyasının 76-cı sessiyasının tərkisilah və beynəlxalq təhlükəsizlik komitəsindəki çıxışında İranın raket qüdrəti və nüvə anlaşması haqda bəzi heyətlərin nəzarəti ilə bağlı belə deyib: Nüvə anlaşması haqda inkarolunmaz gerçəklik budur ki, İranın öz öhdəliklərinə sadiq qaldığı bir halda, üç Avropa ölkəsi və Amerika öz öhdəliklərini yerinə yetirməyiblər.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi əlavə edib: İranın raket qüdrəti ölkəmizin beynəlxalq öhdəliklərinə əsasən və qanuni hüquq çərçivəsində izlənilib.

Köhnə təhlükəsizlik təhdidlərinə və yeni hədələrin peyda olmasına toxunan Təxte Rəvançi bildirib ki, belə bir vəziyyətdə beynəlxalq sülh və təhlükəsizlik şəraiti daha da ağırlaşıb və 2020-ci il, gözlənilməz əhvalatların, süni intellektin silahlanma istiqamətinə yönəlməsinin davam etməsinin, kiber mühitinin və atmosferdən kənar mühitin şahidi oldu.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi vurğulayıb ki, strateji sabitliyin mövcud olmasına dair sözlərin əksinə olaraq, bu strateji rəqabətlər, nüvə silahları rəqabəti və modernizasiyaya daha çox rəvac verən böyük güclər arasında gedir.

1945-ci ildən bəri nüvə silahlarının sınağı və işlədilməsinin təxribatçı təsirlərinə işarə edən Təxte Rəvançi vurğualyıb ki, nüvə tərkisilahı NPT müqaviləsinin 6-cı maddəsinə əsasən, nüvə güclərinin borcudur, lakin onlar hələ də ona öz sədaqətlərini göstərməyiblər.

«O cümlədən, ötən il bütün dünyada və korona ilə mübarizənin lazım olduğu bir şəraitdə, nüvə silahları üçün 72 milyard dollardan çox vəsait hədər gedib və Amerika hökumətinin 2022-ci il üçün istədiyi büdcə, nüvə silahları ilə bağlı məbləğləri Trampın dövründəki büdcə ilə müqayisədə qoruyub saxlayıb və ya artırıbdır.»- deyə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi vurğulayıb.

 

Teqlər