İsrail rejimi İranın nüvə fəaliyyətindən danışacaq mövqedə deyil
İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Sionist rejim İranın nüvə fəaliyyətindən danışacaq mövqedə deyil".
SəhərAzəri-nin məlumatına əsasən, bu yaxınlarda Parisə səfər etmiş Səid Xətibzadə "Frans-24" telekanalı ilə müsahibədə, BMT Baş Assambleyasında çıxış edən sionist rejimin baş nazirinin İranın nüvə proqramının münaqişəli nöqtəyə çatdığına və bütün qırmızı xəttləri keçdiyinə dair iddiası ilə bağlı sualın cavabında deyib: "Hamı bilir ki, İsrail İrandan danışmaq iqtidarında deyil".
O, sözlərinin davamında deyib: "Bu rejim yüzlərlə nüvə başlığı üzərində oturub, NPT-nin üzvü deyil və bu müqaviləyə və ya hər hansı bir digər beynəlxalq monitorinq rejiminə qoşulmaqdan çəkinir".
Xətibzadə qeyd edib ki, yüzlərlə nüvə başlığı olan bu rejim, nəzarət sisteminə qoşulmaqdan imtina edən və Yaxın Şərqin nüvə silahlarından təmizlənməsinə qarşı çıxan bu rejimin İran İslam Respublikası haqqında fikir söyləmək haqqı yoxdur, hansı ki, NPT-nin üzvdür, bütün hüquq və öhdəliklərini tam yerinə yetirir və nüvə enerjisi sahəsində yeganə səlahiyyətli orqan olaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin ardıcıl 15 hesabatı, İslam Respublikasının nüvə sazışınə tam sadiq qaldığını göstərir.
O, vurğulayıb: "Sülhməramlı nüvə fəaliyyətləri bizim ayrılmaz haqqımızdır və sionist rejim, nüvə başlıqlarına sahib bir rejim olaraq, İranın dinc məqsədli nüvə proqramı haqqında fikir söyləmək iqtidarında deyil".