Okt 17, 2021 13:16 Asia/Baku
  • “Bəzi açıqlamalar mehriban qonşuluğa ziddir”

İran Parlamenti-İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İlham Əliyevin bəzi açıqlamalarını mehriban qonşuluq prinsipinə zidd hərəkət adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Mahmud Abbaszadə Meşkini Azərbaycan prezidentinin son fikirlərinə münasibət bildirərkən deyib: "İran İslam Respublikasının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı səyləri dünyada bənzərsizdir, əgər bu olmasaydı, Qafqaz və bütün Avropa narkotiklərdən daha çox əziyyət çəkərdi.

Millət vəkili İranın narkotik ticarəti ilə mübarizədə minlərlə şəhid verdiyini xatırladaraq qeyd edib ki, bəzi ifadələr mehriban qonşuluq prinsipinə qarşıdır, dindaş və müsəlman iki xalq arasında ziddiyyət yaratmaq yolverilməzdir.

Meşkinşəhrin parlamentindəki təmsilçisi bədxah qüvvələrin iki İslam ölkəsi arasında düşmənçilik salmaq cəhdlərinə toxunub. “İran narkotik ticarəti ilə mübarizənin önündədir, hətta narkotik sahəsində önləyicilik tədbiri olaraq İranda sərt qanunlar tətbiq olunur. Başqa tərəfdən isə İslam İnqilabının Ali Rəhbərinin tapşırığına əsasən narkotik maddələrin istifadəsi və daşınması qadağandır. Ona görə də hesab edirəm ki, cənab Əliyevə saxta məlumatlar veriblər”, - deyə Meşkinşəhrdən olan deputat vurğulayıb.

Teqlər