Okt 19, 2021 16:00 Asia/Baku
  • Qəndəhar terror hücumu
    Qəndəhar terror hücumu

Əfqanıstanın Qəndəhar şəhərindəki Fatimiyyə came məscidinə qarşı terror hücumu yaralılarının bir hissəsi müalicə üçün İrana köçürülüb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu şəxslər müalicə imkanlarının olmamasına və Taliban-ın müvəqqəti hökumətinin xahişinə görə, İrana köçürülüblər.

Onların müalicəsi İranın təchiz edilmiş xəstəxanalarından birində davam etdiriləcək.

Dünən həmçinin İranın doqquzuncu humanitar yardım yükü hava yolu ilə Qəndəhara daxil olub. Bu yardımlar Qəndəhardakı şiələrin məscidinə qarşı terror hücumu yaralıları və şəhidlərinin ailələrinə veriləcək.

25 ton ağırlığında olan yük qida maddələri, dərman preparatları və səhiyyə materillarına şamil olur.

Ötən cümə günü günortaçağı İŞİD terror qrupu ünsürlərinin Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərinin «İmam Bargah» adlandırılan «Bibi Fatimə» məscidinə qarşı hücumu nəticəsində azı qırx üç namazqılan şəhid oldu, yüzdən çox insan isə yaralandı.

 

Teqlər