Okt 20, 2021 18:45 Asia/Baku
  • General Baqiri Kronştadt adasında olub
    General Baqiri Kronştadt adasında olub

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi Sankt-Peterburqun yaxınlığında yerləşən Kronştadt adasında Rusiya dəniz qüvvələrinin fəaliyyətlərilə tanış olub.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya ordusu dəniz qüvvələrinin «Prikop» təlim gəmisində olan general-mayor pasdar Məhəmməd Baqiri bu gəminin başçıları və hərbi komandanlığı ilə/ kursantların təlim fəaliyyətləri ətrafında fikir mübadiləsi aparıb.

Kronştadtda Rusiya dəniz qüvvələrinin imkanlarından baxış, İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisinin Rusiyaya dördgünlük rəsmi səfər proqramının bir hissəsi olubdur.

42 min 800 nəfər əhalisi olan Kronştadt hərbi məntəqəsi Fin körfəzinin şərqində və Sankt-Peterburqun otuz kilometrliyində yerləşir.

General Baqiri bu gün Rusiya ordusu dəniz qüvvələrinin yüksək rütbəli komandanlarının rəsmi qarşılama mərasimilə Sankt-Peterburq şəhərinə daxil olub.

 

Teqlər