İranın qonşuların ərazi bütövlüyünə əsaslanan siyasətinə təkid
İranın xarici işlər naziri Türkiyənin xarici işlər naziri ilə telefon söhbətində İran İslam Respublikasının qonşuların ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan siyasətinə, həmçinin bədxahların qonşuluq əlaqələrində problem yaratmaq üzrə sabotajına icazənin verilməməsinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan Mövlud Çavuşoğlu ilə telefon əlaqəsində qarşılıqlı əlaqələrdəki son hadisələr, iki ölkənin 7-ci strateji yığıncağının təşkili və onların yüksək vəzifəli rəsmilərinin səfərləri, həmçinin Əfqanıstan olayları və Astana formatı sammitinin keçirilməsi daxil olmaqla iki tərəfi maraqlandıran regional və beynəlxalq mövzular ətrafında həmsöhbətilə fikir mübadiləsi aparıb.
Əfqanıstanda namazqılanlara qarşı terror hücumlarının genişlənməsindən nigarançılıq edib, bu sahədə təsirli rol oynamaları üçün islami ölkələrdən olan gözləntiyə işarə edən İranın xarici işlər naziri gələn həftə Tehranda keçiriləcək Əfqanıstanla qonşu ölkələrin xarici işlər nazirlərinin yığıncağına toxunub.
Əmir-Abdullahiyan bu yığıncağı Əfqanıstanla qonşu olan ölkələrin əfqan xalqının iradəsinin reallaşması istiqamətində zorakılıq və terrorizmdən azad, səbatlı bir Əfqanıstan üçün şəraitin asanlaşdırılması barədə fikir mübadiləsi aparmaları istiqamətində bir fürsət adlandırıb.
Mövlud Çavuşoğlu da Əfqanıstanda terror hadisələrinin artmasından nigarançılıq edib. Çavuşoğlu terror əməllərinin qarşısının alınması üçün real addımların vacibliyinə, Əfqanıstanda əhatəli hökumətin yaradılmasına, regionda terrorizmlə mübarizə üçün qonşu ölkələrə kömək xüsusiyyət təşkil etmək və İŞİD də daxil olmaqla terror qrupları ilə mübarizə prosesinin gücləndirilməsi üzrə kollektiv tədbirlərin görülməsinə təkid edib.
Daha artıq regional əməkdaşlıq üçün EKO sammitinin önəminə işarə edən tərəflər ümumi maraq kəsb edən mövzularda iki ölkə rəsmiləri arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.