Okt 23, 2021 22:47 Asia/Baku
  • Əmir Abdullahiyan azərbaycanlı həmkarı ilə telefonla danışıb

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub; Nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Dr. Əmir Abdullahiyan iki nazir arasında son konstruktiv diplomatik təmaslara işarə edərək, Azərbaycanda saxlanılan iki iranlı sürücünün sərbəst buraxılmasını, anlaşılmazlıqların həlli üçün zəmin yarada biləcək konstruktiv addım kimi qiymətləndirib.

Emir Abdullahiyan daha müsbət addımların atılmasına və İranın yük maşınlarının Azərbaycan Respublikası ilə sərhəd bölgələrindən keçməsini asanlaşdırmağa çağırıb və ikitərəfli əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da, iki ölkənin anlaşılmazlıqları aradan qaldırmaq üçün atdıqları müsbət addımları, iki iranlı sürücünün sərbəst buraxılmasını və İranın müvafiq qurumlarının sərhəd keçidləri ilə bağlı son qərarlarını müsbət mesajlar kimi dəyərləndirib.

Teqlər