Koronavirus əhəmiyyətli dərəcədə nəzarətə alınıb
İran Azərbaycan vətəndaşları üçün sərhədləri açdı
İran İslam Respublikası Azərbaycan vətəndaşları üçün quru və hava sərhədlərinin açdığını elan edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi Tvitter hesabında məlumat verilib.
Məlumata əsasən, İranda koronavirus əhəmiyyətli dərəcədə nəzarətdə saxlanılmasından sonra 23 oktyabr etibarən Azərbaycan vətəndaşlarının İrana hava, quru sərhədlərindən giriş-çıxışı əvvəlcədən icazə alınmasına ehtiyac olmadan aşağıdakı sağlamlıq protokollarına riayət etməklə maneəsiz həyata keçiriləcək:
1. Rəsmi hava, dəniz, dəmir yolu və quru sərhədlərindən İrana daxil olduqda 12 yaşdan yuxarı insanlar üçün ikinci koronavirus peyvəndinin vurulduğu tarixdən ən azı iki həftə keçmiş sertifikatı təqdim edilməlidir.
2. Koronavirus peyvəndi sertifikatı olmadıqda, mötəbər laboratoriya tərəfindən 96 saatdan çox olmayaraq verilmiş mənfi PCR test sertifikatı təqdim etmək məcburidir.
Xatırladaq ki, bundan əvvəl son 9 ay ərzində İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsindən lazımi icazə alındıqdan sonra 38 qrup şəklində 9 min nəfər Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikası ərazisinə daxil olmasına icazə verilib.