Okt 27, 2021 16:00 Asia/Baku
  • Məhəmməd Müxbir
    Məhəmməd Müxbir

İran İslam Respublikasının viste-prezidenti deyib: "Əfqanıstanın qonşularının təhlükəsizliyi və sabitliyi bu ölkənin təhlükəsizliyi ilə bağlıdır".

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Müxbir, Tehranda Əfqanıstan qonşularının xarici işlər nazirlərinin iclasında deyib: "Əfqanıstanın qonşuları bu ölkə ilə dərin tarixi və mədəni əlaqələrə malikdirlər və bu baxımdan demək olar ki, Əfqanıstan ilə qonşuları arasında bir növ təbiət birliyi və tale birliyi mövcuddur ki, bu da mərkəzi və cənubi Asiyada təhlükəsizlik, sülh və sabitliyi bir-birinə bağlayır". 

"Əfqanıstanın ABŞ tərəfindən 20 illik işğalının əfqan xalqına əmin-amansızlığın artması, ekstremizm, terrorizmin artması və iqtisadi gerilikdən başqa heç bir nəticəsi olmadı", - deyə İran İslam Respublikasının viste-prezidenti qeyd edib.

Məhəmməd Müxbir əlavə edib: "ABŞ-ın 2,5 trilyon dollardan çoxa başa gələn ağılsız, məsuliyyətsiz, düşünülməmiş və birtərəfli hərəkətləri tam iflasa uğradı".

Əfqanıstan qonşularının xarici işlər nazirlərinin ikinci iclası bu gün sahər saatlarında Tehranda baılayıb. 

Teqlər