Okt 29, 2021 17:26 Asia/Baku
  • Seyid Məhəmməd Həsən Əbuturabifərd
    Seyid Məhəmməd Həsən Əbuturabifərd

Tehranın cümə namazı xitabətçisi vurğulayıb ki, dünya imperializminin bugünkü hərəkəti əmin-amansızlıqdan başqa bir məqsəd güdmür.

SəhərAzəri-nin məlumatına əsasən,  Höccətülislam vəlmüslimin Seyid Məhəmməd Həsən Əbuturabifərd Tehranın buhəftəki siyasi-ibadi cümə namazı xütbələrində İŞİD-i imperializmin yaratdığı qrupların bir nümunəsi adlandırıb. Bildirib ki, imperializm, ölkələrin, xüsusən müsəlman ölkələrin qanuni maraqlarını təmin etmir.

Tehranın cümə namazı xitabətçisi sonra bildirib ki, imperializmin bugünkü hərəkəti Muaviyənin Həzrət İmam Əli(ə)-ın zamanındakı rəftarı kimidir və Muaviyyənin əmin-amansızlıq yaratmaqdan savayı bir hədəfi yox idi.

Tehranın cümə namazı xitabətçisi daha sonra belə söyləyib: Peyğəmbərlər və imamlar insanın əbədi səadətinə zəmin yaratmaq üçün siyasi quruluş təşkil etdilər və əxlaqi və elmi prinsiplərə söykənən səmərəli siyasi bir quruluş olmadan, ilahi hədəflərin reallaşması imkanı mövcud deyildir.

 

Teqlər