Yanacaq sistemlərinə hücum ABŞ və sionist rejimin işidir
İranın Passiv Müdafiə Təşkilatının rəisi deyib ki, yanacaq sistemlərinə qarşı kiber hücumu bir xarici ölkə, amerikanlar və sionistlər tərəfindən həyata keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, “Amma texniki informasiya cəhətdən araşdırma aparmaqdayıq və qəti şəkildə fikir bildirə bilmərik.”-deyə, canlı bir televiziya proqramında iştirak və ölkənin Passiv Müdafiə Təşkilatının tapşırıqlarını şərh edən general pasdar Qulamrza Cəlali İranın yanacaqötürmə sisteminə xələl gətirmək məqsədilə kiber hücumunun araşdırılması, kiber hücumları qarşısında kövrəkliyin azaldılması yolları və təşkilatın kiber infrastrukturlarının təhlükəsizliyinin təmini üzrə son addımlardan danışıb.
O, sonra deyib: Təbliğat tablolarına qarşı kiber hücumu da yanacaqpaylama sisteminə hücumla bağlı olub. Əlbətə, texniki qoşulma cəhətdən məsələ araşdırılmaqdadır və indiyədək bu istiqamətdə bir bağlılıq tapmamışıq.
General Cəlali, «Sizcə, bu kiber hücumunda daxili amillərin də əlləri ola bilərmi?» sualının cavabında belə deyib: Daxili amillərin də bu kiber hücumunda əlləri ola bilər və təhlükəsizlik orqanları məsələni araşdırmaqdadırlar.