İran məktəblərində imperializmlə mübarizə zəngi çalınıb
13 aban- 4 noyabr- dünya imperializmi ilə milli mübarizə və məktəbli günləri ərəfəsində İranın təhsil və tərbiyə nazirliyinin başçısı Əlirza Kaziminin iştirakı ilə imperializmlə mübarizə zəngi çalınıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu simvolik mərasim bu gün səhər Tehranın Şəhid Kədxudayi adına oğlan orta məktəbində keçirilib.
Bu mərasimlə bir zamanda Tehran vaxtı ilə səhər saat səkkizdə bütün İranda da imperializmlə mübarizə zəngi çalınıbdır.
1980-ci il oktyabrın otuzu, on üç yaşlı yeniyetmə Hüseyn Fəhmidənin şəhadətinin ildönümü gününə təsadüf edir. Bu gün İranda yeniyetmə və məktəbli bəsici günü adlandırılıb.
Bu on üç yaşlı yeniyetmə İraqın İrana qarşı savaşında böyük şücaətlə qumbaranı belinə bağlayıb, düşmən tankının altına girdi. O, öz həyatından keçməklə qələbə və qəhrəmanlıq yaratdı.
Dünya imperializmi ilə milli mübarizə günü üzrə xüsusi mərasim cümə axşamı günü səhər Tehranda Amerikanın sabiq casusluq yuvasının qarşısında keçiriləcək. Mərasimdə Sepah-ın baş komandanı general-mayor pasdar Hüseyn Səlami çıxış edəcək.
«İran xalqının milli müqaviməti Amerikanın imperialist hökmranlığının tənəzzülü rəmzidir»,/ builki 13 aban- 4 noyabr mərasiminin şüarıdır.