Noy 04, 2021 13:57 Asia/Baku
  • ABŞ-ın casusluq yuvası belə bir ələ keçirildi

Bu gün günəş təqvimi ilə abanın 13-ü, noyabrın 4-ü İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü"dür.

SəhərAzəri xəbər verir, 13 aban, İran İslam İnqilabının tarixindən üç həssas dövrdə üç mühüm hadisəni xatırladır.

Bu üç mühüm hadisə, "Həzrət İmam Xomeyni(r.ə)-in 1964-cü ilin 4 noyabrında Türkiyəyə sürgün edilməsinin ildönümü günü", 1978-ci ildə pəhləvi rejimi tərəfindən məktəblilərin qırğın edilmələri və məktəbli günü və Amerikanın Tehrandakı casusluq yuvası olan səfirliyinin İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) siyasi kursunun davamçıları olan tələbələr tərəfindən 1979-cu ildə ələ keçirilməsi üzrə inqilabi hərəkətidir. Bunların hər birisi İran xalqının dünyanın zalım qüvvələri ilə mübarizə prosesində bir dönüş nöqtəsidir.

İslami İran xalqı hər il bu günü müqavimət və dünya imperializmi üzərində qələbə simvolu olaraq, qeyd edir.

Teqlər