Noy 08, 2021 13:01 Asia/Baku
  • İran Azərbaycan xalqının müqavimətini təbrik edir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası xalqının müqavimətini təbrik edib.

SəhərAzəri İRNA Xəbər Agentliyinə istinadla xəbər verir: Səid Xətibzadə bildirib: "İranın müharibədən sonrakı razılaşma ilə bağlı mövqeyi olduqca aydındır. Biz Azərbaycan Respublikası xalqının müqavimətini təbrik edir və eyni zamanda bəyan edirik ki, beynəlxalq sərhədlər tanınmalı və Azərbaycan Respublikası ilə Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır."

İranın XİN sözçüsü sonra Azərbaycan Respublikası ilə dialoqun və təmasların qurulması barədə isə deyib: “Son üç onillikdə biz həmişə Azərbaycan Respublikası torpaqlarının işğalına qarşı olmuşuq və bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını vurğulamışıq”.

Azərbaycanı işğal olunmuş torpaqların azad edilməsi münasibətilə təbrik edən İranın dövlət rəsmisi son zamanlar iki ölkə arasında yaranmış anlaşılmazlığa da toxunub. “Bu vəziyyətdə bəzi anlaşılmazlıqların aradan qaldırılması vacibdir və iki ölkənin iradəsi problemləri həll etmək və əlaqələri gücləndirməkdir və ümid edirik ki, bu münasibətlər daha da inkişaf edəcək və mediada yaranmış anlaşılmazlıqlar aradan qalxacaq”- deyə iranlı rəsmi vurğulayıb.

Teqlər