İranlı deputat Azərbaycan xalqını təbrik etdi
"Torpaqların işğaldan azad edilməsi dönüş nöqtəsidir"
İranlı deputat Azərbaycan Respublikası xalqını qələbə günü münasibətilə təbrik edib.
SəhərAzəri-nin məlumatına əsasən, Təbrizin İran parlamenti - İslam Şurası Məclisindəki təmsilçisi, millət vəkili Ruhullah Mütəfəkkir Azad Azərbaycan Respublikası xalqını işğal olunmuş torpaqların azad edilməsinin ildönümü münasibətilə təbrik edib.
İranlı deputat bununla bağlı rəsmi twitter səhifəsində yazıb.
O qələbə günü ilə bağlı fikirlərini belə davam edib:
“İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan Respublikası xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz insanlarının sevincinə şərik oluruq . Ümid edirik ki, otuz illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqaların xaos yaratmaq üçün xoşagəlməz hərəkətlərinin qarşısının alınması üçün ibrət olacaqdır.”