Noy 10, 2021 12:48 Asia/Baku
  • İranda daha 5 ton narkotik vasitə ələ keçirildi

İranın cənub-şərq sərhədində üç günə beş ton narkotik maddə ələ keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın aidiyyatı qurumları ölkənin cənub-şərq sərhədində üç günə beş ton narkotik maddəni dövriyyədən çıxarıb.

Təsnim Agentliyi xəbər verir ki, bu barədə İranın Baş Polis İdarəsinin sədr müavini Qasim Rzayi ötən gün verdiyi müsahibəsində deyib.

Bildirilib ki, son 72 saat ərzində ölkənin cənub-şərq sərhədində beş ton miqdarında narkotik maddə ələ keçirilib və dövriyyədən çıxarılıb.

Əlavə edilib ki, bu yükləri daşıyan yeddi qaçaqçı və narkotacir saxlanılıb.

İran İslam Respublikasının Narkotikaya qarşı Mübarizə İdarəsi son 40 il ərzində bu yolda dörd min canlı qüvvəsini şəhid verdiyini bildirir. 

Teqlər